Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2018
20:03
2999
Rəşid Dostumun təyyarənin endiyi hava limanı yaxınlığında partlayış: 15 ölü, 48 yaralı

Əfqanıstanın vitse-prezidenti Rəşid Dustumu Ankaradan Kabilə aparan təyyarənin enməsindən bir müddət sonra hava limanı yaxınlığında partlayış baş verib.

FaktXəbər-in yerli mediaya istinadən məlumatına görə, bir müddətdir Türkiyədə olan Dustumu aparan təyyarə partlayışdan yarım saat əvvəl Kabil Hava Limanına enib onu qarşılayan şəxslər və tərəfdarları ilə görüşüb.

Onun konvoyu hava limanından ayrıldıqdan dərhal sonra böyük partlayış baş verib.

Partlayışdan sonra hava limanı yaxınlığında internet kəsilib.

Hadisədən sonra mətbuat nümayəndələrinə açıqlama verən Dustum, intihar hücumu nəticəsində baş verdiyi görünən partlayışda özünü qoruyan təhlükəsizlik əməkdaşlarından 9-nun dünyasını dəyişdiyini, yaralananlar olduğunu bildirb.

Əfqanıstan Səhiyyə Nazirliyi partlayışda 15 nəfərin həyatını itirdiyini, 48 nəfərin yaralandığını açıqlayıb.

Rəsmiləri ölü və yaralı sayının artaçağından narahatdır.

Dustumun məsləhətçilərindən biri mediaya bildirib ki, ölənlər arasında Əfqanıstan vitse-prezidentinin mühafizəçilərindən də var.

Qeyd edək ki, bu, təqib edilən Əbdül Rəşid Dostumun 2017-ci ildə Türkiyəyə getdikdən sonra vətənə ilk qayıdışı idi.

Məqalədə : Rəşid Dustum Əfqanıstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
101

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
199

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2285
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 00:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru