Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2018
11:12
Rusiyada həbsxanada məhbuslara edilən işgəncələrin VİDEOSU yayılıb (18+)
Kadrlar həbsxananın nəzarətçilərindən biri tərəfindən qeydə alınıb

Rusiyada «İctimai qərar» hüquqşünaslar fondunun  əlinə unikal sənəd - Federal Penitensiar Xidmət əməkdaşlarının qanunla üzərlərində gəzdirməli olduqları videoreqistratordan görüntü əldə ediblər. Videoda məhbuslara edilən dəhşətli işgəncələr qeydə alınıb.

FaktXeber.com-un verdiyi məlumata görə, görüntüləri «Novaya qazeta» paylaşıb. 

Görüntülərdə otağın ortasında stolda üzüşağı uzadılan insanın azı 10 nəfər tərəfindən növbə ilə işgəncə vermələ səhnələri var.

Qeyd edək ki, videoda zorakılıq səhnələri yer alıb. Həssas insanlara, hamilələrə və 18 yaşdan aşağı olanlara bu kadrlara baxmaq tövsiyə olunmur.

Kadrlar 2017-ci ilin iyunun 29-na aiddir. Kadrarda işgəncələrə məruz qalan şəxs isə Yevqeniy Makarovdur. Həmin vaxt «İctimai qərar»ın vəkili İrina Biryukova məhbus Makarovun yeriyə bilmədiyi barədə xəbərlər alıb. O, Yaroslavla gedərək görüş tələb etsə də imkan verilməyib. Nəhayət görüşə nail olduqda isə, gördüklərindən dəhşətə gəlib…

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : işgəncə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 20:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com