Polis üç rayonda narkotiklə bağlı əməliyyat keçirdi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
12:57
1452
Polis üç rayonda narkotiklə bağlı əməliyyat keçirdi

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Ağayevin Xırdalan şəhərində kirayədə yaşadığı mənzildən 13 qrama yaxın heroin, 2 kiloqram 700 qrama yaxın marixuana, həmçinin güclü təsiredici xüsusiyyətə malik 51 qram metamfetamin və 30 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Yaxa-Dəllək kənd sakini, əvvəllər məhkum olunmuş Mahmud Nağıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu və 250 qram marixuana, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları isə Mustafabəyli kənd sakini Elçin Süleymanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edərək götürüblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə : narkotik əməliyyatı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 02:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com