Ankara kürd silahlı qruplaşmalarının Mənbicdən çəkilməsini şərh etdi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
12:27
1686
Ankara kürd silahlı qruplaşmalarının Mənbicdən çəkilməsini şərh etdi

Ankara və Vaşinqton arasında danışıqlar çərçivəsində PYD/YPG kürd silahlı qruplaşmalarının Suriyanın Mənbic şəhərindən tamamilə çıxdığı barədə KİV-də yayılan məlumatlara  Türkiyə XİN-dən açıqlama gəlib. FaktXeber.com-un Hurriyyet-ə istinadla verdiyi məlumata görə, qurum məlumatın şişirdilmiş şəkildə verildiyini bildirib.

«PYD-YPG-nin Mənbicdən tamamilə çəkildiyi barədə xəbərləri şişirdilmiş hesab edirik. Proses hələ gedir. Nəzarət nöqtələrindən çəkilmə, ümumi patrul hazırlığı davam edir. Dolayısı ilə bu məqamda Mənbicdən PYD/YPG-nin tamamilə çəkildiyinə dair xəbərlər həqiqəti əks etdirmir».

Qeyd edək ki, bir müddət əvvəl PYD/YPG silahlılarının Mənbicdən tamamilə çəkilməsi barədə Röyters-də xəbər yayılmışdı. Məlumata görə, yaşayış məntəqəsi üzərində nəzarət yerli könüllülərə verilib.

İyunun 12-i və 13-də Ştutqart danışıqlarında  kürd qruplaşmalarının Suriyanın Mənbic şəhərindən çıxarılması barədə fəaliyyət planı ilə bağlı razılığın əldə olunduğu barədə iyunun 14-də  Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı xəbər vermişdi. Buna qədər isə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu iyunun 4-də Vaşinqtonda  ABŞ Dövlət Katibi Mayk Pompeo ilə danışıqlarında  kürd qruplaşmalarının Mənbicdən çıxarılması ilə bağlı yol xəritəsini təsdiqləmişdi.

Məqalədə : Mənbic 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 19:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com