Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyul

2018
11:58
FIFA dünya çempionatında iştirak edən komandaların mükafatını açıqlayıb

Rusiyada keçirilən dünya çempionatındakı qələbə Fransa millisinə FIFA tərəfindən 38 milyon dollar pul mükafatı qazandırıb.

Dünya çempionatının ümumi mükafat fondu 400 milyon dollar təşkil edib. Mundialın gümüş mükafatçısı Xorvatiya millisi 28 milyon dollar gəlir əldə edib. Üçüncü yeri tutan belçikalılar 24, İngiltərə yığması isə 22 milyon dollar qazanıb.

Həmçinin dünya çempionatının "play-off" mərhələsinin digər iştirakçılarının da qazandığı məbləğ açıqlanıb. Dörddəbir final mərhələsində mübarizəsini dayandıran Rusiya millisi, İsveç, Braziliya və Uruqvay komandaları 16 milyon dollar, səkkizdəbir finalda turniri tərk edən İspaniya, Danimarka, İsveçrə, Kolumbiya, Argentina, Meksika, Portuqaliya və Yaponiya komandaları isə 12 milyon dollar qazanacaqlar. FIFA qrup mərhələsindəki iştirakçıların hərəsinə 8 milyon dollar verəcək.azertag

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Dünya çempionatı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 12:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com