Çaylarda suyun səviyyəsi dəyişdi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyul

2018
11:55
1881
Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumatda qeyd olunub.

Məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 30-55, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 108 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 29 m3/s olmaqla, ongünlük normanın 26 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 75 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyan 8, Şirvanda 12, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, lakin Bankə məntəqəsində isə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 312 sm (2017-ci il iyulun 13-də 321 sm), Şirvanda 161 sm (2017-ci il iyulun 13-də 159 sm), Salyanda 83 sm (2017-ci il iyulun 13-də 86 sm), Bankədə 178 sm (2017-ci il iyulun 13-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 33 sm (2017-ci il iyulun 13-də 43 sm) təşkil edib.

Məqalədə : çaylarda su 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 19:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com