Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
12:18
20 saniyədə 2 avtomobil və 2 qayda pozuntusu - VİDEO

Hər gün paytaxt Bakının yollarında yüzlərlə qayda pozuntuları olur. Amma bəzən bu pozuntuları həyata keçirənlər "Təhlükəsiz şəhər" kamerasının olmadığı yerlərdə daha aktiv olurlar.

Belə sürücülərin aşkarlanması və həyatımızın daha təhlükəsiz olması üçün isə vətəndaş dəstəyinə də ehtiyac var.

FaktXəbər olaraq mütəmadi olaraq oxucularımız göndərdiyi həmin görüntüləri təqdim edirik.

Aşağıda təqdim etdiyimiz görüntülər Bakı-Sumqayıt yolunun "Şamaxinka" adlanan ərazisində qeydə alınıb. Təxminən 20 saniyə ərzində 2 avtomobil eyni formada qayda pozuntusu edirlər. Əvvəlcə 90SF968 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil ötmə əməliyyatı edərək birinci zolaqdan üçüncü zolağa çıxır və arxadan gələn avtomobil qəfil tormozlamasına səbəb olur. Daha sonra isə 90LP465 dövlət qeydiyyat nişanlı LADA2115 markalı avtomobil ziqzaqvari hərəkət edərək əvvəlcə sağ zolağa, sonra sol zolağa, daha sonra isə yenidən sağ zolağa çıxır. Bu hərəkətləri edərkən isə arxadan gələn maşının qəfil tormozlamasına səbəb olur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qayda pozuntusu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-11-2018 23:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com