Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
14:11
İsrail hücumları və blokadasına müqavimət göstərən şəhər: Qəzza

Dünyanın "ən böyük açıq həbsxanası" kimi xarakterizə edilən Qəzza zolağı uzun illərdir İsrailin həm blokadasına, həm də hücumlarına müqavimət göstərməyə çalışır.

Fələstində 2006-cı ildə keçirilən seçkiləri Həmasın qazanmasından sonra Təl-Əviv rəhbərliyinin qeyri-qanuni blokadası altında əzilən Qəzza son 12 ildə 3 böyük təcavüzün hədəfi olub.

İsrailin "Qoruyucu Kəmər Əməliyyatı" adını verdiyi 7 iyul 2014-cü ildən başlayıb 51 gün davam edən hücumlar bunların ilk sırasındadır.

Həması İsrail şəhərlərinə raket hücumu təşkil etməklə günahlandıran İsrail ordusu, təxminən 2 milyon əhalisi ilə 360 kvadrat kilometrlik dar bir sahəyə sıxılmış Qəzza zolağını ilk olaraq döyüş təyyarələri ilə vurdu.

Daha sonra 8 min əsgərlə quru əməliyyatı başladan İsrail ordusu ilə fələstinli qruplar arasında şiddətli toqquşmalar baş verdi.

2 min 158 fələstinli şəhid oldu

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına görə, İsrail ordusu 51 gün ərzində 6 min hava zərbəsi ilə yanaşı 14 min 500 tank atəşi və 35 mindən çox top atəşi ilə Qəzzanı vurdu.

Fələstinli qruplar isə İsrailin hava hücumlarına raketlərlə cavab verdi.

İsrailin hücumlarında 551-i uşaq olmaqla 2 min 158 fələstinli şəhid olub, 11 mindən çox adam da yaralandı.

Qəzzada gözləmədiyi bir müqavimətlə üzləşən İsrail ordusu ağır itkilər verdi.

Baş verən qarşıdurmalar və atılan raketlər görə 67-si əsgər, 73 israilli öldü.

Fələstin orqanları xüsusi ilə hava hücumlarına görə xarabaya dönən şəhərdə 28 min 366 evin zərər gördüyünü, bunlardan 3 min 329-nun tamamilə, 23 min 445-nin qismən dağıdıldığını qeyd etdi.

Hücumlara görə Qəzzada 65 min fələstinli evsiz qaldı.

Fələstinli jurnalistlər üçün ən qanlı il

İsrail ordusunun Qəzzaya qarşı "Qoruyucu Kəmər" adı altındakı hücumlarına görə 2014-cü il fələstinli jurnalistlər üçün ən qanlı il oldu.

İşğal cəhdi zamanı İsrail ordusunun həyata keçirdiyi hücumlarda 11-i fələstinli olmaqla 12 jurnalist həyatını itirdi.

İsrailin 2014-cü ildəki hava hücumlarında Qəzzadan yayımlanan "Əl-Əqsa" adlı televiziya binası da hədəf alındı. Hadisədən sonra israilli rəsmilərin "Əl-Əqsa"nı Həmasa yaxın olması ilə günahlandırması, bu hücumun şüurlu olaraq həyata keçirildiyini göstərdi.

BMT hesabatına görə, İsrailin sözügedən əməliyyatları zamanı hava hücumlarında 16 fələstinli jurnalistin evi dağıdılıb, 8 media qurumuna aid mərkəzi də sökülüb.

Qəzzaya ciddi şəkildə təsir edən hücumlar Misirin vasitəçiliyi ilə tərəflər arasında 27 avqust 2014-cü ildə əldə edilən atəşkəslə başa çatdı.

Qəzzanın bu günü

Həm İsrail hücumları, həm də 2006-cı ildən bu yana quru, dəniz və havadan blokadaya məruz qalan Qəzzada həyat şəraiti gündən-günə daha da çətinləşir.

Blokadaya görə yanacaqdan korluq çəkən şəhərdə günün yarısından çoxunda ev və iş yerlərinə elektrik enerjisi olmur. Bu da Qəzzadakı emalatxanaların ya bağlanmasına, ya da istehsalın azalmasına səbəb olur.

Ağır həyat şərtləri altında İsrailin blokadasına müqavimət göstərməyə çalışan Qəzzada yoxsulluq getdikcə artır. Fələstin Mərkəzi Statistika Bürosunun 2017-ci il hesabatına görə, 2 milyona yaxın əhalinin yaşadığı Qəzza zolağında yoxsulluq 53 faizə çatıb.

Dünya Bankının mart ayında yayımladığı hesabata görə də Qəzzadakı işsizlik həcmi 44 faizdir. Bu rəqəm universitet məzunu olan gənclər arasında 60 faizdir. Qəzzadakı işsizlik həcmi 2015-ci ildə 38 faiz olaraq açıqlanmışdı.

Son 10 ildə əhalisi 38 faiz artan Qəzzanın iqtisadiyyatı bu müddətdə sadəcə 1,44 faiz artıb. Məlumatlara görə, qəzzalılar 1993-cü ilə nisbətən bu gün 25 faiz daha kasıbdır.

İsraillə yanaşı Misirin də 2013-cü ilin iyul ayında baş verən hərbi hücumdan sonra Qəzzanın dünyaya açılan yeganə əlaqə nöqtəsi olan Rifah sərhəd məntəqəsinin tez-tez bağlaması şəhərin iqtisadiyyatında mənfi mənzərəni daha da dərinləşdirir.

FaktXəbər

Məqalədə : Fələstin Qəzza Qüds İsrail 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6114

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5004

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6556

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6597

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
8891

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6277
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-07-2020 10:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru