Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2018
10:06
Göygöldə baş verən qəzada bir nəfər həlak olub

Göygöldə baş verən ağır yol qəzasında xəsarət alan 4 nəfərdən biri xəstəxanada ölüb.

Ötən gün Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində hərəkətdə olan "VAZ 2107"  və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlar Daşkəsən rayon sakinləri, 1964-cü il təvəllüdlü Əliyeva Pakizə Kazım qızı, 1987-ci il təvəllüdlü Əliyeva Esmira Mahir qızı, Gəncə şəhər sakinləri Verdiyev Rövşən Elman oğlu və yaşlı qadın Verdiyeva Vəsilə Alı qızıdır.

Vəsilə Verdiyeva xəstəxanada ölüb.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.(apa)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 18:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com