Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2018
16:56
`Rusiya qazı Cənub Qaz Dəhlizi üçün mənbə ola bilər`

Gələcəkdə Rusiya qazı Cənub Qaz Dəhlizi (CQD) boru kəməri sisteminin doldurulması üçün mənbələrdən biri ola bilər.

Bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “Moskva-Baku” internet portalına müsahibəsində bildirib.

“Biz dəfələrlə bu barədə söz açmışıq, “Cənub Qaz Dəhlizi” sisteminə Azərbaycandan başqa və ya onunla bərabər yeni mənbələrdən qaz cəlb etməyə dair marağın olduğunu təsdiq edirəm. Yeni potensial mənbələrdən Cənub Qaz Dəhlizinə qazın vurulması imkanları mövcuddur. Bu, Yaxın Şərq, Mərkəzi Asiya və ya Şərqi Aralıq dəniz regionları ola bilər. Bu, Rusiya qazı da ola bilər. Bu mənada heç bir istisna və ya ayrı-seçkilik etmirik, bütün qaz istehsalçıları və sahibləri ilə işləməyə hazırıq”, - V.Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, bu cür əməkdaşlığın inkişafı üçün tədarükçü “qanuni və bu sistemin istifadəsində maraqlı olmalıdır”. V. Bəylərbəyov həmçinin məlumat verib ki, ilk növbədə CQD üçün yeni qaz mənbələri qismində “Şahdəniz” yatağından əlavə Azərbaycanın özünün imkanlarına baxılır: “Hasilata hazırlıq mərhələsində olan “Abşeron” yatağı, “Ümid” yatağının işlənməsinin gələcəkdə genişləndirilməsi və hələlik iri işlərin aparılmadığı “Babək” yatağının onunla birləşdirilməsi layihəsinə dair ideyalar var. Onların hər biri, çox güman ki, CQD üçün nəzərdə tutulan Azərbaycandan gələcək qaz mənbələrinə çevriləcək”.

O həmçinin bildirib ki, TANAP qaz kəmərinin ilk mərhələsinin vaxtında istifadəyə verilməsi və bu boru kəməri ilə kommersiya qazının tədarükünə başlanması CQD-nin qalan komponentlərinin vaxtında hazır olacağına şübhə yaratmır. “Layihə maliyyələşdirilir və CQD-nin hər konkret elementinə dair səhmdarlar tərəfindən üzərilərinə götürülən öhdəliklərə uyğun olaraq maliyyələşdiriləcək. Heç şübhəmiz yoxdur ki, bütün xarici borclar banklar və maliyyə institutları ilə razılıqlara əsasən tam həcmdə və vaxtında ayrılacaq. Planlaşdırdığımız kimi, 2020-ci ildə Yunanıstan, Bolqarıstan və İtaliyada bizim qazın istehlakçıları onu müəyyən olunan zaman və tam həcmdə alacaqlar”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : SOCCAR 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 03:01



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com