Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2018
15:08
`Qarabağ`ın Çempionlar Liqası üçün sifariş ərizəsi açıqlanıb - SİYAHI

"Qarabağ" klubunun Çempionlar Liqasının I təsnifat mərhləsində qarşılaşacağı Sloveniya "Olimpiya"sı ilə oyunlar üçün sifariş ərizəsi açıqlanıb. 

"FaktXəbər" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov siyahıya 4 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 1 hücumçu daxil edib. 

İlk oyunun başlamasına 24 saat qalmışa qədər sifariş vərəqəsinə daha bir futbolçu əlavə etmək olar.

Qapıçılar: 1. Hannes Tur Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 94. Nicat Mehbalıyev

Müdafiəçilər: 4.Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Donald Gerrye, 91. Coşqun Diniyev

Hücumçu: 11. Mahir Mədətov

Qeyd edək ki, ilk oyun iyulun 11-də Lyublyanadakı "Stojitsa" stadionunda, cavab görüşü isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 01:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com