Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyul

2018
16:09
Şabran və Siyəzəndə örüş və taxıl sahələri yanıb

Bu gün Şabran və Siyəzən rayonlarında taxıl və örüş sahələrində yanğın baş verib.

Yanğın Şabranın Ağbaş, Siyəzənin Eynibulaq kəndləri ərazisində qeydə alınıb.

18 hektar biçilməmiş buğda, 30 hektar biçilmiş taxıl sahəsi, 240 hektar örüş sahəsi yanıb. Hava küləkli olduğundan alov qısa müddət ərzində dağlıq ərazilərə yayılıb. Sakinlərə məxsus əkin və otlaq sahələri də yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Şabran, Siyəzən və Xızı rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunub, alov söndürülüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şabran Siyəzən 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 18:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com