Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyul

2018
15:51
Azarkeşləri kimi futbolçuları da örnək oldu - FOTO

Ötən gün Belçika millisinə son dəqiqələrdə buraxdığı qolla məğlub olan və Dünya Çempionatı ilə vidalaşan Yaponiya millisi diqqətləri özünə cəlb edib. FaktXəbər bildirir ki, yapon futbolçular paltardəyişmə otağında yaratdıqları səliqə ilə fanatlarından heç də geri qalmadıqlarını göstəriblər.

Paltardəyişmə otağında təmizlik və səliqəni təmin edərək rus dilində "Sposibo" ("Çox sağ olun") yazılan kağız qoyan futbolçular dünya futboluna nümunə olduqlarını nümayiş etdiriblər.

Buna qədər Yaponiya azarkeşləri Seneqal və digər yığmalarla oyundan sonra əyləşdikləri sektorda təmizlik işləri görmüşdülər. Bu addım isə Dünya Çempionatında böyük maraqla qarşılanmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DÇ:2018 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 17:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com