
"Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir". Bunu bu gün Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin Cocuq Mərcanlı kəndində rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda bildirib.
A. Duqin deyib ki, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR" heç vaxt legitim hesab oluna bilməz: "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə roludur".
İşğal altındakı rayonların Azərbaycana qaytarılması vacibdir"
Qeyd edək ki, Azərbaycanın və Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin də iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" adlıkonfrans davam edir.
Konfransda çıxış edən Rusiyadan hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Azərbaycan və Rusiya münasibətləri heç vaxt üçüncü ölkənin əleyhinə yönəlməyib.
Ekspert bildirib ki, bu regionda qarışıqlığın olmaması üçün ABŞ-ı, NATO-nu burada görmək istəmirlər: "Rusiya Azərbaycanla hərbi əməkdaşlığın davam etdirilməsinə sadiqdir. Azərbaycan Rusiyanın ən iri silah alıcılarından biridir. Rusiya maraqlıdır ki, Ermənistan və Azərbaycan arasında sülh olsun, regionda xalqlar sülh içində yaşasın. Təbii ki, işğal altındakı rayonların Azərbaycana qaytarılması vacibdir. Bu, iqtisadi əməkdaşlığa təkan verəcək".
Rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko konfransın yeniliyə yol açdığını vurğulayıb: "Çox təəssüf ki, Rusiya KİV-i qafqazfob və türkfob güclər tərəfindən idarə olunur. Onlar Qafqazı və Türk dünyasını bizdən ayırırlar. Müasir dövrdə millətlər arasında mədəni qarşıdurma müharibənin bir vasitəsidir. Ermənistanda hərbi çevriliş baş verib və bu çevriliş Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb".
M. Şevçenko Cənubi Qafqazın digər ölkəsi Gürcüstanda keçmiş prezident Mixeil Saakaşvilinin yenidən hakimiyyətə qayıtması ehtimalına toxunub və bunu Rusiya və Azərbaycan üçün ciddi təhlükə kimi qiymətləndirib: "Rusiyada Azərbaycan mədəniyyətini təbliğ etmək lazımdır. Nizami Gəncəvi, Azərbaycan incəsənəti haqqında təbliğat aparılmalıdır".
Azərbaycan Milli Məclisinin deputatı, Dağlıq Qarabağın Azərbaycan İcması İdarə heyətinin üzvü Elman Məmmədov çıxışında özünün Dağlıq Qarabağdan olduğunu, soyqırım törədilən Xocalı qəsəbəsinin o vaxtkı icra başçısı olmasını xatırladıb: "Mən o soyqırıma məruz qalan insanların nümayəndəsiyəm. Biz işğala, soyqırıma məruz qalmışıq. Azərbaycanlılar sülh tərəfdarıdır. Amma bizim Rusiyadan da gözləntilərimiz var. Məsələn, gizli deyil ki, Cənubi Qafqazda bu gün də Rusiyanın təsiri güclüdür. İndi Ermənistanın faktiki işğalçılıq siyasətinə qarşı da biz Rusiyadan ədalətli mövqe gözləyirik. Biz demirik ki Rusiya birmənalı bizi müdafiə etsin. Biz deyirik ki, Rusiya mehriban qonşu və ATƏT Minsk Qrupunun üzvü kimi ədalətin yanında olsun".
Konfrans davam edir.
***
14.15
Azərbaycanda səfərdə olan Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin də iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir.
Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur.
Tədbirdə Rusiya tərəfdən Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, Azərbaycan tərəfdən Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa iştirak edirlər.
Konfransda çıxış edən Ə. Hüseynli konfransın keçirildiyi Cocuq Mərcanlı kəndinin iki il əvvəl Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə Ermənistanın işğalından azad olunmasını xatırladıb, işğaldan sonra dövlət başçısının xüsusi diqqəti ilə burada aparılan köklü yenidənqurma işlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. İlk dəfə Moskvada keçirilən konfransın növbəti dəfə Azərbaycanda, məhz bu kənddə keçirildiyini qeyd edən Ə. Hüseynli bildirib ki, Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq, ölkələr arası qardaşlıq xətti üzrə inkişaf edir və bu tədbirlər də onun nümunəsidir.
A. Duqin isə deyib ki, Rusiyanın Ermənistanla münasibətləri heç vaxt Azərbaycan əleyhinə yönəlməyib: "Azərbaycanın rolu Rusiyanın strateji planlarında yüksəlir. Bunu diqqətdə saxlamaq lazımdır. Avrasiya ideyası türklərin və slavyanların alyansı ideyasıdır. Avrasiya siyasətini türklərsiz və slavyanlarsız qurmaq qətiyyən mümkün deyil. Biz Azərbaycanı Avrasiya siyasətində görmək görmək istəyirik".
Konfrans davam edir.
***
11.51
Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu gün Rusiya nümayəndə heyəti Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edir. Səfərdə məqsəd rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransın keçirilməsidir.
Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur. Tədbirdə Rusiya tərəfdən Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, , Azərbaycan tərəfdən Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa iştirak edəcəklər/ APA

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun08-01-2020 10:50 Sabahdan Bakıdan Cocuq Mərcanlıya ilk marşrut xətti açılacaq
16-12-2019 10:20 Cocuq Mərcanlıya ilk marşrut xətti açılır
05-04-2019 10:06 Məşədi Dadaş icması aprel şəhidlərini yad etdi - FOTO
19-01-2019 15:15 Cocuq Mərcanlıda salınan yeni park - VİDEO
21-06-2018 23:22 Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
05-05-2018 15:29 Kənd təsərrüfatı naziri Cocuq Mərcanlıda - FOTO
- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"