Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2018
21:12
2521
Anası azərbaycanlı və İŞİD-çi olan 2 azyaşlı Rusiya vətəndaşı İraqdan çıxarılıb

İraqdan Rusiya Baş Konsulluğunun köməyi ilə anası Azərbaycan vətəndaşı olan iki azyaşlı Rusiya vətəndaşı çıxarılıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

”Mayın 29-da Rusiya Baş Konsulluğu İraqın kürd muxtariyyətinin yardımı ilə azyaşlı Rusiya vətəndaşları - 2013-cü il təvəllüdlü Qalidova Sofiya Hacımuradovna və 2015-ci il təvəllüdlü Qalidova Sayma Hacımuradovnanı geri qaytarmağa nail olub. Onların atası Rusiya vətəndaşı, anası isə Azərbaycan vətəndaşıdır, hazırda İraq kürd muxtariyyətinin terrorçuluqla mübarizə xidmətinin istintaq təcridxanasında qalırlar. Onlar haqqında İŞİD sıralarında terrorçu fəaliyyətlə məşğul olmaqla bağlı təhqiqat aparılır”, - deyə Rusiya XİN sözçüsü bildirib. 

M. Zaxarovanın sözlərinə görə, Azərbaycan vətəndaşı olan ana üçüncü uşağı özü ilə saxlamaq qərarı verib və həmin uşaq da Rusiya vətəndaşıdır: “Yerli hakimiyyətin məlumatına görə, Qalidov Yusif Hacımuradoviç hal-hazırda valideynləri ilə birlikdə həbsxanada olan yeganə yetkinlik yaşına çatmayan Rusiya vətəndaşıdır". (APA)

Məqalədə : İŞİD İraq azərbaycanlı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
120

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
97

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1562

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
427
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 03:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru