Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2018
12:57
Azərbaycanın hazırladığı bəyanat BMT-də səsləndirilib

BMT-nin İnsan Hüquqları Şurasının bu günlərdə davam edən 38-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü, 126 BMT üzv dövlətinin, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərinin həmmüəllifliyi ilə Birgə Bəyanat səsləndirilib. 

Bu barədə Faktxeber.com-a XİN-dən məlumat verilib.

Bəyanat BMT-nin İnsan Hüquqları Şurası üzvlərinin üçdə ikisi tərəfindən dəstəklənib. 

Azərbaycanın BMT-nin Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov tərəfindən səsləndirilən bəyanatda bu ilin avqust ayında BMT-nin baş katibi tərəfindən təyin edilməsi gözlənilən BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarından BMT üzv dövlətlərinin gözləntiləri əksini tapıb. 

Bəyanatda silahlı münaqişə qurbanlarına xüsusi yer ayrılır və təyin olunacaq yeni Ali Komissar silahlı münaqişələr nəticəsində yurd-yuvalarından didərgin düşmüş şəxslərin pozulmuş hüquqlarına xüsusi diqqət yetirməyə çağırılır. Təyin olunacaq Ali Komissardan öz fəaliyyəti müddətində BMT Nizamnaməsini rəhbər tutmağa və BMT üzv dövlətlərinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağa dair gözlənti ifadə olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : BMT 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 13:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com