Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2018
10:15
Məzuna saxta diplom verildi - Nazir işə qarışdı

Nəbiyeva (Zeynalova) Leyla Rauf qızı 2000/2001-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak edərək Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasına əyani (dövlət sifarişi üzrə) təhsilalma forması üzrə qəbul olunub. 2004-cü ildə həmin müəssisədən məzun olmuş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyindən B seriyalı 020724 nömrəli diplom blankı verilib, lakin AMİ-nin Qazax filialı tərəfindən həmin diplom başqa şəxsin adına yazılıb.  Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına isə hüquqi əsası olmayan B seriyalı 042889 nömrəli diplom təqdim olunub.

Bu barədə Təhsil Nazirliyindən bildirlib. Məsələyə müdaxilə edən təhsil naziri Ceyhun Bayramov bununla bağlı əmr imzalayıb.

Bu əmrlə Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının TQDK tərəfindən keçirilmiş test imtahanında iştirak etməklə qanuni əsaslarla ali təhsil müəssisəsinə qəbul olunduğunu və təhsilini başa vurduğunu nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən AMİ-nin Qazax filialına həmin şəxsin adına yazılması üçün verilmiş, lakin başqa şəxsin adına yazılmış B seriyalı 020724 nömrəli diplom etibarsız sayılıb.

AMİ-nin Qazax filialı tərəfindən Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilmiş B seriyalı 042889 nömrəli diplom ləğv edilib.

Nazirliyin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunaNəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün yeni dövlət nümunəli diplom blankı ayrılmasını təmin etmək tapşırılıb.

Bakı Dövlət Universitetinin Qazax filialı (V.Əfəndiyev) diplom blankının müvafiq qaydada doldurulmasını və Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilməsini təmin etməlidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Diplom 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2018 23:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com