Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyun

2018
14:18
QDİƏT-də sədrlik Azərbaycana keçib

Ermənistanın paytaxtı Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik Azərbaycana keçib.

Ermənistan KİV-ləri xəbər verir ki, sədrlik bu gün Yerevanda baş tutan QDİƏT Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında Ermənistandan Azərbaycana keçib.

Azərbaycan bu təşkilata 2018-ci ilin iyulundan dekabr ayına qədər sədrlik edəcək.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlətdən daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna./Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Mahmud Məmmədquliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 11:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com