Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2018
12:32
Şakiri və Caka `Alban qartal`ına görə cəzalana bilərlər

Serbiya millisi ilə oyunda 2:1 hesabı ilə qələbə qazanan İsveçrə yığmasının futbolçuları Cerdan Şakiri və Qranit Caka qoldan sonra göstərdikləri qartal işarəsinə görə cəzalana bilərlər. FaktXəbər  bildirir ki, bu barədə "Vesti" məlumat yayıb.

Hər iki futbolçu albanlara dəstək xarkteri daşıyan qartal simvolunu göstərdikləri üçün barələrində intizam işi açılıb.
 
"Mən onları məhkəməyə göndərərdim, Haaqa tribunalına. Mən onlara vərəqə göstərməzdim, sadəcə məhkəməyə göndərərdim",-deyə Serbiya yığmasının baş məşqçisi Mladen Krstaiç bildirib.
 
Qeyd edək ki, FİFA-nın tərtib etdiyi reqlamentə əsasən, hər bir futbolçu və ya yığmanı təmsil edən şəxs oyunlar zamanı kütləni təxribata çəkə bilməz.

"Bu, mənim üçün xüsusi oyun idi. Qələbə məni həmişə dəstəkləyən bütün dostlarım və qohumlarım üçündür. Mənim vətənim və valideynlərimin doğulduğu yer üçün idi. Bu, xalis emosiyadır",-deyə Qranit Caka əlavə edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DÇ:2018 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 08:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com