Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2018
10:47
Qazaxıstan Rusiyadan toyuq gətirilməsinə qadağa qoyub

Qazaxıstan quş qripinə görə Rusiyadan 36 quşçuluq təsərrüfatı məhsullarının idxalını qadağan edib. FaktXəbər bildirir ki, bu barədə bazar ertəsi, iyunun 25-da ölkənin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
"Beynəlxalq Epizootik Büro Rusiya Federasiyasının ərazisində quş qripi qeydiyyata alıb: Bu, Kursk, Penza və Samara vilayətlərindədir",-deyə məlumatda qeyd olunur.
 
Cari ilin iyunun 21-dən etibarən Qazaxıstana tük, lələk, quş əti, diri quş və yumurta, həmçinin bütün quşçuluq məhsullarının növlərinin idxalı qadağandır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : toyuq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 15:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com