Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
22:42
DÇ-2018: Fransa - Peru 1:0, Danimarka - Avstraliya - 1:1

DÇ-2018-də C qrupunda da ikinci tura yekun vurulub.

Fransanın Peru üzərində 1:0 hesablı qələbəsi ilə başa çatan turdan sonra qrupdakı ilkin vəziyyətə aydınlıq gəlib.

Belə ki, hər iki matçında qələbə qazanan Fransa 6 xalla qrupdan çıxmağı təmin edib. Peru isə iki oyundan sonra 0 xalla mundialla vidalaşıb.

Avstraliya ilə 1:1 hesablı bərabərliyə razılaşan Danimarka xalını 4-ə yüksəldərək şansını son matça saxlayıb. Bir xalı olan “kenqurular” da axırıncı oyun öncəsi ümidlidi. Bunun üçün Bert Van Marveykin yetirmələri Peruya qalib gəlməli, digər matçda isə Fransaya azarkeşlik etməlidir.

***

Dünya çempionatının qrup mərhələsində növbəti oyunlar keçirilir.

C qrupunda II turda Danimarka yığması Avstraliya ilə üz-üzə gəlib.

Oyun heç-heçə başa çatıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : DÇ-2018 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 08:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com