Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyun

2018
11:42
1578
Əl-Husi: `Səudiyyə ordusu qadınlara təcavüz kimi hərbi cinayətlər törədir`

Səudiyyə ordusu qadınlara təcavüz və beynəlxalq yardımları məhv etmək kimi  hərbi cinayətlər törədirlər. FaktXeber.com-un Əl-Masirah istinadla verdiyi məlumata görə, bu barədə Ənsərullah hərakatın lideri Əbdül Malik Bədrəddin Əl Husibildirib.

«Biz bütün  müdaxilələrə qarşı müqavimət göstərməyə davam edəcəyik. Bizim qətiyyətimiz heç vaxt sınmayacaq», deyə  Əl-Husi əlavə edib.

O, vurğulayıb ki, krallıq və onun müttəfiqləri Yəməni işğal etmək üçün siyasi problemlər yaradır.

Qeyd edək ki, Səud koalisiyasının komandanı Əbdül Salam Əl Şeyxi bəyan etmişdi ki, Qırmızı dənizin sahilində yerləşən  Hodeyda  aeroportunda nəzarəti ələ keçiriblər. Bu iddialar "Ənsarullah" hərəkatı tərəfindən təkzib edilib və bildirilib ki, düşmən tərəfin təqdim etdiyi görüntülər 2016-cı ilə aiddir.

«Yəmənin Qırmızı dəniz sahilləri ölkəyə soxulmaq istəyənlər üçün qəbirstanlığa çeviriləcək», - deyə Ənsarullah lideri xəbərdarlıq edib. 

Məqalədə : Yəmən 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 23:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com