Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2018
16:35
`Haaretz`: Ərdoğan İsrail üçün ən yaxşı namizəddir

Türkiyədə 24 iyun tarixində keçiriləcək prezident və parlament seçkilərində Rəcəb Tayyip Ərdoğan və partiyasının qalib gəlməsi, İsrail üçün ən müsbət hal olacaq. FaktXəbər bildirir ki, bu barədə İsraildə dərc olunan "Haaretz" qəzeti yazıb.
 
Qəzetin Davide Lerner adlı yazarının qələmə aldığı analizdə qeyd olunur ki, Türkiyədə namizədlər arasında İsraillə iqtisadi və mədəni əlaqələri müsbət davam etdirmək iqtidarında olan şəxs məhz Rəcəb Tayyip Ərdoğandır.

Qeyd edək ki, Türkiyədə kürdlərin partiyası olan HDP İsrail və Türkiyə arasındakı bütün müqavilələrinin ləğvi üçün Böyük Millət Məclisinə qanun layihəsi irəli sürüb. Bundan əlavə Erdoğanın partiyası CHP-dən fərqli olaraq seçki platformasında İsraillə müqavilələri ləğv etməkdən bəhs etmir.

"Haaretz" qəzetində 16-cı əsrdə Osmanlı-Venedikt müharibəsinə istinad edilən yazıda həmçinin qeyd olunur ki, İkinci Sultan Səlim Osmanlı zamanında yəhudi tacirlərlə venesiyalı tacirlərin əsir mübadilə üçün danışıq aparıb. Sultan Səlim düşünürdü ki, ticarətin davamı üçün tacirlər azad olunmalı və onların dövlətlərarası məsələlərdə marağı yoxdur.

Məqalədə Ərdoğanın ən ciddi rəqibi adlandıran CHP-nin prezidentliyə namizədi Muharrem İncenin bu sözləri də önə çəkilib: "Erdoğana İsrail ilə ticarəti dayandır, mallarını boykot et, "Mavi Mərmərə"dən aldığın 20 milyonu geri qaytar dedik, "etmərəm"-deyə cavab verdi".

Məqalədə : Türkiyə-İsrail 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6735

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5569

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7101

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7092

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9882

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6807
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 06:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru