Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2018
15:54
`Bəşşar Əsəd rejimi Hələbdə insanları qırır` - FOTO-VİDEO

7 ildən artıqdır Suriyada davam edən müharibə ölkənin demək olar ki, 90 faizini xaraba günə qoyub.

FaktXəbər-in məlumatına görə, dünyanın hər tərəfindən vəhhabi terrorçularını yığaraq Suriyaya tökən Qərb dünyası və onların Yaxın Şərqdəki əlaltıları nə bacardılarsa etdilər. Havadan bomba yağdırdılar, dinc sakinlərə qarşı kimyəvi silah işlətdilər, Suriyada yerləşdirdikləri terrorçulara milyardlarla dollarlıq silah-sursat daşıdılar, milyardlarla da pulu cibxərcliyi verdilər. Törətdikləri bütün insani, hərbi cinayətlərə də bir ad qoydular: Bəşşar Əsəd rejimi insanları qırır!

(Aşağıda təqdim etdiyimiz video Hələb terrorçulardan təmizləndikdən sonra çəkilib. Göründüyü kimi, bir qədər abadlıq işləri aparılıb.)

Bu cür başlığa sadəcə kənd, qəsəbə, şəhər adları əlavə edilirdi. Ğutada, Hələbdə, Deyrəzzurda, Rəqqa, Homs və sairlərdə qırılan terrorçuların paltarlarını dəyişdirib dinc sakin kimi dünya ictimaiyyətinə sırıdılar. Küçələrdə uşaqların ölümünü səhnələşdirdilər, film kimi. Heç kəs sual etmirdi ki, Bəşşar Əsəd öz xalqını niyə bombalayır, niyə kimyəvi silah tətbiq edir? Kor-koranə şəkildə yanlış təbliğatın qurbanı olurdu insanlar.

Amma artıq hər şey demək olar ki, arxada qalıb. Suriya vətəndaşları terrorçulardan təmizlənmiş şəhərlərə qayıdırlar və Bəşşar Əsəd rejimi də onların həyat şəraitini yaxşılaşdırmaq üçün infrastrukturu ayağa qaldırmağa başlayıb.

Məqalədə : Suriya Hələb 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 03:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com