Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2018
16:59
1405
Zaqatalada 70 sürücü cəzalandırılıb

Zaqatalada bayram günləri keçirilən reyd zamanı 70 sürücü haqqında inzibati qaydada tədbir görülüb.

Zaqatala rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları bayram günlərində avtomobil yollarında təhlükəsiz hərəkəti təmin etmək məqsədilə rayon mərkəzində və rayondaxili avtomobil yollarında reyd keçirib. İyunun 17-18-də keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 70 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. 16 sürücünün idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb.

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində hərəkəti tənzimləmək üçün inşa edilmiş yeraltı piyada keçidi ətrafında aparılan reyd zamanı keçiddən istifadə etməyərək yolun hərəkət zolağına çıxıb. yolu keçən onlarla piyada saxlanılaraq onlara xəbərdarlıq edilib.

Zaqatala RPŞ DYP bölməsinin rəisi Rəhim Zalov APA-ya bildirib ki, yay müvsümünün başlaması və rayona avtomobillərin gəliş-gedişinin çoxalması nəzərə alınaraq baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə belə reydlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

Məqalədə : Zaqatala 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 13:05



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com