Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2018
01:09
2898
Xorvatlar qrup liderliyini ələ keçirdi - VİDEO

DÇ-2018-də növbəti oyunlar keçirilib. Bu gün 4 oyunla C və D qruplarında mundiala start verilib

Öncə Fransa və Avstraliya yığmaları meydana çıxıblar. Hər komandanın bir penaltidən yararlandığı görüşdə avropalılar qalib gəlib. Həm videotəkrar, həm də qoal-layn texnologiyasının tətbiq olunduğu matçda Fransa 2:1 hesabına sevinib

Cənubi Amerika təmsilçisi Argentina isə 11 metrlik zərbədən yararlana bilməyib. Argentinanın İslandiya ilə bərabərə qaldığı matçda Lionel Messi penaltidən fərqlənmək şansını əldən verib. Yarışın favoritlərindən birinin xal itkisi mundialın ilk sensasiyası sayılır.

Günün son matçında Xorvatiya Nigeriya ilə üz-üzə gəlib. Xorvatlar qələbə qazanmaqla qrupun liderliyini ələ alıb/

DÇ-2018

I tur

C qrupu

Fransa – Avstraliya - 2:1

Qol: Antuan Qrizmann, 58 (pen); Aziz Behiç, 81 (avtoqol) - Mayl Yedinak, 62 (pen)

Peru - Danimarka - 0:1

Qol: Yusuf Poulsen, 59

D qrupu

Argentina - İslandiya - 1:1

Qollar: Serxio Aquero, 19 - Alfred Finnboqason, 23

Xorvatiya - Nigeriya - 2:0

Qollar: Oqenekaro Eteb, 23-öz qapısına, Luka Modriç, 71-p.

Məqalədə : Dünya Çempionatı-2018 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 23:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com