Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
15:54
2651
Nazirlik daxmada yaşayan Qarabağ əlilinə ev tikəcək

Ucar rayonu Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlilliyi olan Qasımov Şöhrət Mülkədar oğlunun bəzi mətbuat orqanlarında yayılan şikayət xarakterli müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ucar rayonu Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlilliyi olan Qasımov Şöhrət Mülkədar oğlunun da sosial müdafiəsi üçün zəruri işlər aparılıb.

“Hazırda ikinci qrup Qarabağ müharibəsi əlili kimi ayda 191,36 manat əmək pensiyası ilə təmin olunan Ş.Qasımova, eyni zamanda, aylıq prezident təqaüdü olaraq hər ay 158 manat ödənilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi istiqamətində də nazirlik tərəfindən müvafiq işlər aparılır. Onların mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ya ləğv olunması müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətindədir. Nazirliyin sifarişi ilə inşa edilmiş mənzillərin bölgüsü də məhz rayon (şəhər) icra hakimiyyətlərinin nazirliyə təqdim etdikləri mənzil növbəliliyi siyahıları əsasında aparılır”, - deyə məlumatda qeyd olunub.

Ucar rayon İcra Hakimiyyəti tərəfindən nazirliyə təqdim olunmuş fərdi ev tikintisi üçün növbəlilik siyahısında Ş.Qasımov 29-cu şəxsdir: “Qasımov Şöhrət Mülkədar oğlu üçün növbəlilik əsasında yaşadığı kənddə fərdi ev tikintisi həyata keçiriləcək”.

Məqalədə : Nazirlik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
101

Bu il 15 rayonda pambıq əkilib

18

May
14:55
İQTİSADİYYAT
115

Laçının işğalından 27 il ötür

18

May
11:35
ÖLKƏ
234

Azərbaycan əhalisinin gəlirləri 5,5% artıb

18

May
10:28
İQTİSADİYYAT
141
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 12:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru