Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2018
10:43
DİN-in generalı jurnalisti ağır formada söydü - SƏSYAZISI

Xəbər verdiyimiz kimi, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Xəbərdə Nəciməddin Əliyevin kimliyi ilə bağlı Unikal.org saytı məlumat yayıb. Sayt onun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı olduğunu yazıb.

Məsələ ilə bağlı Bizim Yol-un əmkdaşı Əli Cahangiroğlu DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyevlə əlaqə saxlayıb. O əməkdaşımıza bu barədə açıqlama vermək və verməmək əvəzinə onu ağır söyüşlərlə təhqir etmiş, general adına yaraşmayan halda ağır söyüş, təhqirlərini təkrar-təkrar ifadə etmişdir.

Genaral-mayor Ərziman Əliyev KİV-haqda qanunlardan xəbərsiz olduğu kimi, görünür insanları söyməyin, təhqir etməyin də cinayət olduğunu unudub.

Qeyd edək ki, Ərziman Əliyev 2004-2007-ci illərdə Qubanın icra başçısı olub.Ondan əvvəl Göyçay rayon Polis rəisi işləyən Ərziman Əliyev qohumu Ziya Məmmədovun köməkliyi ilə Qubaya icra başçısı gətirilib.Daha sonra işində yol verdiyi nöqsanlara görə Prezident tərəfindən vəzifəsindən azad olunan Əliyev bir qədər sonra hansısa sirli qüvvənin köməkliyi ilə DİN-nin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib.Polis general-mayorudur.

Oxuculardan üzr istəyərək həmin açıqlamanın audio yazısını sizə təqdim edir:

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 09:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com