Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2018
16:57
1683
Əsəd: Suriyada münaqişənin həllinə Qərb mane olur - VİDEO

Suriya prezidenti Bəşşar Əsəd "Daily Mail"ə müsahibəsində bildirib ki, Qərb dövlətləri Suriyadakı münaqişənin uzanmasında cavabdehdirlər.

FaktXəbər-in məlumatına görə, Əsəd, "mən həmişə demişəm ki, biz bir ildən az müddətdə münaqişəni həll edə bilərik, bu, çətin deyil. Amma kənardan müdaxilə çətinləşdirir. Biz nə qədər çox irəli gediriksə, terrorçular Qərbdən daha böyük dəstək alırlar", - deyə bildirib.

Onun sözlərinə görə, Suriya hökuməti münaqişənin həlli üçün nə qədər siyasi və hərbi planlar həyata keçirsə də, Qərb, xüsusi ilə ABŞ, Böyük Britaniya və Fransa onu uzatmağa çalışır.

Xatırladaq ki, Əsəd bir müddət əvvəl RT-yə müsahibəsində bildirmişdi ki, Birləşmiş Ştatlar Suriyanı tərk etməlidir. O əlavə olaraq qeyd etmişdi ki, Suriya ərazisində terrorizm Qərbin dəstəyi ilə hələ mövcuddur.

Məqalədə : Bəşşar Əsəd Suriya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 17:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com