Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2018
11:42
Cəlilabadda kriminal avtoritet tutulub - VİDEO

Cəlilabad rayonunda iki gün əvvəl baş vermiş silahlı insident iştirakçıları saxlanılıb. 

FaktXəbər “Report”a istinadən bildirir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənov saxlanılıb. Şahin Həsənovun evinə baxış keçirilən zaman xeyli sayda silah-sursat maddi sübut kimi götürülərək istintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, silahlı insident iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş vermişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : avtoritet 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 03:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com