Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2018
16:59
1636
XİN-in `qara siyahı`sında olan CNN aparıcısı intihar edib

CNN televiziyasının tanınmış aparıcısı Entoni Burden intihar edib.

O, aparıcısı olduğu proqramın növbəti buraxılışının çəkilməsi üçün Fransanın Strasburq şəhərinə səfər edibmiş.

E.Burdenin meyiti həmin şəhərdə qaldığı otel otağında tapılıb. 

Qeyd edək ki, o, 1956-cı il iyunun 25-də Nyu-Yorkda doğulub. CNN telekanalının şou aparıcısı, amerikalı baş aşpaz Entoni Burden 2017-ci ilin oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün ermənilər tərəfindən işğal olunmuş Şuşaya səfər etmişdi.

Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyinə görə Xarici İşlər Nazirliyi onun adını "arzuolunmaz şəxslər" siyahısına daxil etmişdi.(report)

Məqalədə : CNN aparıcı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-06-2018 06:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com