QAT Güds Gününü qeyd edib - FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2018
19:10
1967
QAT Güds Gününü qeyd edib - FOTO

Qarabağ Azadlıq Təşkilatı (QAT) Beynəlxalq Qüds Günü münasibətiylə "Qüds və Qarabağın azadlığı İslam həmrəyliyindən keçir" mövzusunda dəyirmi masa keçirilib. 

FaktXeber.com məlumat verir ki, tədbirdə Qarabağ, Qüds, bütün islam dünyası şəhidlərinin xatirəsinin yad olunması, Azərbaycan dövlət himninin oxunması ilə başlayıb. QAT sədri Akif Nağı giriş sözü ilə açaraq Beynəlxalq Qüds Gününün əhəmiyyətindən, vəhdət, birlik, həmrəylik ideyalarının vacibliyindən danışıb.

"İslam dünyası bir olarsa, bütün problemləri, o cümlədən, Qüds, Qarabağ məsələlərini çox asanlıqla həll edə bilər. Biz Qarabağ müharibəsində islam ölkələrinin, Türkiyə, İran, Əfqanıstanın, Pakistanın, dəstəyini görmüşük. Qaçqın və köçkünlərə yardım edən də islam ölkələri olub, məcburu köçkünlər üçün İran çadırı, türk çadırı, ərəb çadırını görmüşük. Bu tarixi həqiqiətləri yaddan çıxarmamalıyıq. 

Sonra QAT sədrinin mənəvi dəyərlər üzrə müçaviri Hacı Əfqan Muradov mövzuya dair məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxışlar olub. Məruzə və çıxışlarda Beynəlxalq Qüds Günü, islam həmrəyliyi və digər məsələlərlə bağlı fikirlər bildirilib, təkliflər irəli sürünüb. 

Sonda tədbirdə iştirakçıların bəyantı qəbul olunub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 17:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com