Sərxoş sürücü və qız DYP-dən belə qaçdı - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2018
15:33
5206
Sərxoş sürücü və qız DYP-dən belə qaçdı - VİDEO

Bakıda səhər saatlarında yol qəzası baş verib. Qəza “Koroğlu” metro stansiyası istiqamətindən Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfə gedən yolda qeydə alınıb.

Belə ki, “Toyota Camry” markalı, 90 RL 404 dövlət nömrə nişanlı avtomobil 99 YP 366 nömrə nişanlı Dövlət Yol Polisi maşınından qaçarkən yol qəzası törədib.

Oxucumuz tərəfindən göndərilən videodan “Toyota Camry” markalı avtomobilin yüksək sürətlə Qara Qarayev metro stansiyası istiqamətindən yola çıxdığı görünür. Bu zaman kadrda DYP maşını görünür.

Daha sonra hər iki avtomobil yüksək sürətlə videoregistrator olan avtomobildən uzaqlaşırlar. Bir müddətdən sonra Bakixanov qəsəbəsi istiqamətdə döngədə avtomobili artıq qəza törətmiş vəziyyətdə görürük.

Qəza anı videoregistrator tərəfindən çəkilməsə də, şahidlərin sözlərinə görə, avtomobilə ciddi ziyan dəyib. Asfalt üzərində “tormoz” izləri qalıb.

Avtomobil idarəetməni itirərək, bordür və ağaca çırpılıb. Daha sonra maşın dayanıb. Videoda sərxoş olduğu hiss edilən sürücü və sərnişin qızın qəza yerindən uzaqlaşdığı da görünür.

Yol-qəza hadisəsində xəsarət alan olmayıb.(carclub)

Məqalədə : Yol polisi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 11:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com