Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2018
21:12
Dövlət Gömrük Komitəsi KİV nümayəndələrinə müraciət edib

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsi və idarənin əməkdaşları haqqında bir sıra kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yayımlanır.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, yayımlanan məlumatlarda idarədə vətəndaşların və sahibkarların müraciətlərinə səhlənkar yanaşıldığı, gömrük rəsmiləşdirilməsi prosesində subyektiv amillərə yol verilərək qanunvericilikdə nəzərdə tutulandan artıq vəsait tələb olunduğu iddia edilir.

"Dövlət Gömrük Komitəsi bildirir ki, istər Avtonəqliyyat Baş Gömrük İdarəsi, istərsə də komitənin strukturuna daxil olan digər gömrük orqanlarına müraciət edən şəxslər rütbəsindən və vəzifəsindən asılı olmayaraq aidiyyəti üzrə istənilən gömrük əməkdaşı ilə görüşə, təklif və şikayətini bildirə bilər", - deyə məlumatda vurğulanıb.

Qanunvericilikdə nəzərdə tutulandan fərqli üsullarla və fərqli miqdarda gömrük vergi və rüsumlarının alınmasına gəlincə isə komitədən bildirilib ki, əsassız, hər hansı fakta söykənməyən bu məlumatlar böhtan xarakteri daşıyır.

"Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələri nümayəndələrini komitənin fəaliyyəti ilə bağlı məlumatları qarşı tərəfin də mövqeyini öyrənməklə yaymağın həm cəmiyyəti doğru, düzgün informasiya ilə təmin etmək, həm də strateji dövlət qurumunun işgüzar nüfuzuna xələl gətirməmək baxımından faydalı olacağı qənaətindədir", - deyə məlumatda vurğulanıb.

Məqalədə : DGK KİV 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7060

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5934

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7438

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7417

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
10512

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7142
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-07-2020 06:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru