Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2018
10:31
3651
Çinin `Xiaomi` şirkətindən rəqiblərinə meydan oxuyan telefon - VİDEO

Çinin "Xiaomi" şirkəti "Mi 8" smartfon modelini təqdim edib. Yeni model "Apple"in son modeli "iPhone X"a bənzəyir.

FaktXəbər-in "Gsmarena" saytına istinadən verdiyi xəbərə görə, smartfon 6,21-lik "AMOLED" displeylə, 20 meqapiksellik kamerayla, həmçinin sahibinin əl izini tanımaq sistemi ilə təchiz edilib.“Xiaomi” şirkəti “Mi8” qabaqcıl smartfonunu və onun iki modifikasiyasını (“Mi8 SE” və “Mi8 Explorer Edition”) təqdim edib.

Bütün modellər tam ölçülü displey və arxa paneldə ikiqat kameraya malikdir. Əsas model 2248x1080 piksel təsvir ölçülü 6,21 düymlük AMOLED displey, 6/8 QB-lıq əməli yaddaş, “Snapdragon 845” qabaqcıl prosessoru və 64/128/256 QB-lıq daxili yaddaşla təchiz edilib. Aparat daktiloskopik və biometrik sensorlara malikdir. Smartfona quraşdırılmış ikiqat kamera 12 meqapiksellik təsvir ölçüsünə malik iki sensordan ibarətdir.

Aparat 3500 milliamper/saat tutumlu “Quick Charge 4.0+” simsiz və sürətli enerjidoldurma texnologiyasına malik akkumulyatorla təchiz edilib. “Android 8.1 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonun platformasını “Android P”-yə yeniləmək mümkün olacaq.

Büdcə versiyası olan “Mi8 SE” modifikasiyası 2244x1080 piksel təsvir ölçülü 5,88 düymlük AMOLED displey, “Snapdragon 710” prosessoru, 4/6 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili yaddaşla təchiz edilib. İkiqat kameranın təsvir ölçüsü 12+5 meqapiksel, akkumulyator batareyasının tutumu 3120 milliamper/saat təşkil edir və “Quick Charge 4.0+” sürətli enerjidoldurma texnologiyasına malikdir.

“Explorer Edition” versiyası qabaqcıl modeldən, demək olar, fərqlənmir. Yalnız şəffaf korpus və biometrik sensorla birgə ekranda gizlədilmiş barmaq izləri skaneri bu aparatı “MI8”-dən fərqləndirir.

"Xiaomi" həmçinin "Mi Band" "ağıllı" qolbağını da nümayiş etdirib. Yeni su keçirməyən "Mi Band" qolbağı da daxil olan məlumatı, vaxtı, sahibinin nəbzini və havanın hərarətini göstərmək funksiyalarına malikdir. 

Məqalədə : Xiaomi mi8 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2018 21:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com