Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2018
10:55
2608
XİN Paşinyanın oğlunun Qarabağda xidmət etməsinə münasibət bildirdi

"Ermənistan rəhbərliyinin bu kimi populist addımlar atmaq əvəzinə Ermənistanın üzləşdiyi köklü sosial-iqtisadi problemlərin və Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə ciddi fikirləşməsi daha faydalı olardı".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi barədə məlumata münasibət bildirib.

Hikmət Hacıyev açıqlamasında deyib ki, eyforiya dövrü artıq başa çatmaq üzrə olan Ermənistanın Baş nazirinin öz oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçməyə göndərməsini növbəti populizm cəhdi kimi qiymətləndiririk.

XİN mətbuat xidmətinin rəhbəri bildirib ki, Ermənistan Respublikası vətəndaşlarının digər dövlət olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi beynəlxalq hüququn norma və prinsiplərinin və hətta Ermənistan qanunlarının kobud pozulmasıdır: "Ermənistan rəhbərliyi bu addımı ilə Azərbaycanın ərazilərinin işğalına görə beynəlxalq hüququ məsuliyyətin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü bir daha təsdiq edir. Belə ki,  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması davam edir. Ermənistan vətəndaşları, xüsusilə gənclər təhsil və yaradıcı fəaliyyətlə məşğul olmaq əvəzinə öz həyatlarının ən formativ dövrünü Azərbaycanın işğal olunmuş ərazilərində səngərlərdə keçirməyə və işğalçı missiyada xidmət etməyə vadar edilirlər. Ermənistan rəhbərliyinin bu kimi populist addımlar atmaq əvəzinə Ermənistanın üzləşdiyi köklü sosial-iqtisadi problemlərin və Ermənistan-Azərbaycan münaqişəsinin həlli, region ölkələri ilə sülh və mehriban qonşuluq vəziyyətində yaşamaq barədə ciddi fikirləşməsi Ermənistan əhalisi üçün daha faydalı olardı".

Məqalədə : XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakının 3 qəsəbəsində qaz olmayacaq

14

Oktyabr
10:23
ÖLKƏ
56

Gecə aeroport yolu bağlandı - SƏBƏB

14

Oktyabr
09:59
NƏQLİYYAT
95

Mərkəzi Bank depozit hərracı keçirəcək

14

Oktyabr
09:56
İQTİSADİYYAT
192

Xarici valyutaların manata qarşı məzənnələri

14

Oktyabr
09:52
İQTİSADİYYAT
74

Sərhəddə insident: bir sərhədçimiz yaralanıb

14

Oktyabr
09:49
HÜQUQ,HADİSƏ
37

Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi

14

Oktyabr
09:36
HÜQUQ,HADİSƏ
75

Neft yenidən ucuzlaşıb

14

Oktyabr
09:23
DÜNYA
93

Dünya bazarlarında təbii qaz bahalaşıb

14

Oktyabr
09:12
İQTİSADİYYAT
169

Akademik Vasim Məmmədəliyev vəfat edib

14

Oktyabr
09:07
ÖLKƏ
104

Azərbaycan nefti kəskin bahalaşıb

12

Oktyabr
12:30
İQTİSADİYYAT
605
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 10:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru