Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2018
14:22
2847
Məhəmməd Salah Dünya Çempionatında oynayacaqmı? - RƏSMİ CAVAB

Çempionlar Liqasının finalında zədələnən Məhəmməd Salah dünya çempionatında oynaya biləcək.

Bu barədə Misirin İdman naziri Xalid Abdel Aziz feysbuk səhifəsində məlumat verib.

“Salahın çiyin oynaqlarında dartılma var. Müalicə 2 həftə davam edəcək. Misir millisinin həkimləri Liverpool-un tibbi heyəti ilə təmasdadır. Salah reablitasiyanı Liverpool-da keçəcək. Daha sonra İtaliyada milli komandanın düşərgəsinə gələcək. Biz yığmanın son iştirak ərizəsini iyunun 4-də açıqlamalıyıq. Məhəmməd mütləq orada olacaq. İndi ona istirahət etmək və bərpa prosesinə başlamaq lazımdır”,- nazir qeyd edib.

A qrupunda yer alan Misir Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla mübarizə aparacaq.

Məqalədə : Məhəmməd Salah 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 05:36



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com