Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2018
11:00
NASA Yupiterdə buludların möhtəşəm hərəkətini göstərib - VİDEO

NASA Kosmik Agentliyi Yupiterdən Yunon zondu tərəfindən çəkilən maraqlı görüntüləri dərc edib. Alimlər qaz nəgənginin üzərində buludların necə hərəkət etdiyini göstərmək üçün bu şəkillərdən qısa, ancaq çox möhtəşəm rolik hazırlayıb.

FaktXeber.com-un məlumatına görə, bu barədə Newsweek xəbər verib.

Hərəkət edən buludların göstərildiyi unikal rolik  tamaşaçılardan əlavə elm adamları üçün də böyük məna kəsb edir. Onun köməyi ilə ekspertlər buludların sürətini və trayektoriyasını öyrənəcəklər, bu da qaz nəhəngində hava şəraitini müəyyənləşdirməyə imkan verəcək.

Bundan başqa NASA planetin qeyri-adi rakursdan şəklini də paylaşıb. Bu da Yupiteri təbii rəngli diapazonda görməyə imkan verəcək. Kadrda iri qırmızı ləkə – Yupiterin səthində nəhəng qasırğa əks olunub.

Qeyd edək ki, kosmik  Yunon apparatı 2011-ci ildə göndərilib. 5 ildən sonra – 2016-cı ildə zond  qaz nəhənginin orbitinə çatıb və burdan mütəmadi olaraq Yerə Yupiterin unikal fotolarını göndərir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yupiter 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 12:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com