Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2018
15:11
`Heç bir devalvasiyadan söhbət gedə bilməz` - Vahid Əhmədov

“200 manatlıq əskinaslar və xatirə medallarının dövriyyəyə buraxılması Azərbaycan cümhuriyyətinin 100 illiyi və Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqadardır”.

FaktXəbər-in verdiyi məlumata görə, bunu Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat, bəzi ekspertlərin 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasının devalvasiya gözləntisi ilə əlaqəli olduğu barədə fikirləri ilə qətiyyən razılaşmadığını deyib:

“Hesab edirəm ki, neftin qiymətinin yüksək olduğu bir şəraitdə heç bir devalvasiyadan söhbət belə gedə bilməz. Düzdür, iqtisadçılar başqa əskinasların, məsələn, 25 manatlıq və daha kiçik əskinasların dövriyyəyə buraxılmalı olduğunu deyirlər. Lakin gələcəkdə hansı əskinasların buraxılıb buraxılmayacağı dövlətin işidir. Mərkəzi Bank istədiyi vaxt istədiyi əskinası dövriyyəyə buraxıb, hətta lazım gələndə də onu dövriyyədən çıxara bilər”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : 200 manat 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 04:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com