Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
16:43
Şəhid əsgərin ailəsinin qazpulu borcu silinə bilərmi?

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, şəhid olan hərbi qulluqçu əsgər Adil Tatarovun ailəsilə bağlı bəzi məlumatlar müzakirə olunmaqdadır. Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, olduqca yoxsul şəraitdə yaşayan Tatarovların 1 il əvvəl borcu yarandığından evlərinin qaz təchizatı dayandırılıb.

Sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olan bu məqamla bağlı bildirilir ki, əsgər şəhid olan günün ertəsi icra nümayəndəliyindən təcili olaraq mənzilə gəlib, qaz xəttini birləşdirərək yanacağın verilişini bərpa ediblər.

Bəs canını Vətən yolunda qurban verən Şəhidin ailəsinin təbii qaza görə yaranmış borcu nə qədərdir və silinə bilərmi?

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a bildirib ki, hazırda Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini Əli Tatarovun mənzilində təbii qaz var:

“Ailə qazdan istifadə edir. Mənzildə qeyd edilən kimi,1 il əvvəl yaranmış borca görə qaz təchizatının dayandırılması halı baş verməyib”.

İ.Kərbalayev deyib ki, ailənin borcu olmadığı üçün silinməsi də müzakirə mövzusu deyil.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şəhid əsgər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 05:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com