Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2018
10:34
2724
ABŞ Müqtəda əs-Sədri ələ keçirmək istəyir

İraqda Muqtəda Sədrin rəhbərlik etdiyi Sədr siyasi hərəkatının yaratdığı "Sairun" koalisiyasının İraq parlamentində əksər yerləri qazanmasında sonra İraq siyasətində maraqlı hadisələr yaşanır.

FaktXəbər-in məlumatına görə, Sədr hərəkatının və "Sairun" koalisiyasının sözcüsü Ziya əl-Əsəd verdiyi açıqlama zamanı bildirib ki, ABŞ "Sairun" koalisiyasının qələbəsindən sonra koalisiya üzvləri ilə əlaqə yaradıb:

Müqtəda Sədrin müavinlərindən olan Ziya əl-Əsəd "Reuters" xəbər agentliyinə müsahibəsində qeyd edib ki, ABŞ-la birbaşa görüş keçirilməsə də, müəyyən vasitəçilər və bəzi kanalların köməyi ilə "Sairun" koalsiyası ilə danışıqlar aparıblar.

"Reuters" yazır ki, Muqtəda Sədrin İraqdakı qələbəsi Vaşinqton üçün sürpriz idi və ABŞ-ı çətin vəziyyətdə qoydu, çünki 2003-cü ildə İraq prezidenti Səddam Hüseynin devrilməsindən sonra Amerika qüvvələrinə qarşı ən mühüm silahlı əməliyyatları məhz Sədrin yaratdığı "Mehdi ordusu" həyata keçirdi. Əgər Müqtəda Sədr baş nazir seçilərsə, ABŞ məcburdur ki, İraqdakı maraqlarını təmin etmək üçün onunla danışıqlara getsin. "Reuters"in əl-Əsədə ünvanladığı, "əgər Sədr hakimiyyət qurarsa, yenidən "Mehdi ordusu" fəaliyyət göstərəcəkmi, onlar ABŞ-a qarşı yenidən mübarzə aparacaqmı" sualına o, belə cavab verib: 

"Biz köhnə evimizə qayıtmayacağıq. İstəmirik İraqın rəsmi ordusundan, təhlükəsizlik qüvvələrindən və federal polisindən başqa birliyimiz olsun." 

Ziya əl-Əsəd həmçinin dünən "əl-Məyadin" telekanalına müsahibəsi zamanı bildirib ki, Muqtəda Sədr heç bir dövlətə İraq ərazisindən plasdarm kimi istifadə olunmasına icazə verməyəcək: "Sədr hərakatı və "Sairun" koalisiyası ABŞ-ın istəklərinə uyğun hərəkət etməyəcək. İranla isə bizim aramızda sabit əlaqlərimiz var. Heç bir ölkəyə icazə verməyəcəyik ki, İraqın daxili və xarici siyasətinə qarşısın."

Məqalədə : Muqtəda Sədr İraq Saiurun 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 05:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com