`Allah bizə də insaf versin` - Cavid Qurbanov

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2018
14:55
4563
`Allah bizə də insaf versin` - Cavid Qurbanov

“Neft məsələsi artıq bir tərəfə qoyulmalıdır. Ümumiyyətlə, nefti unutmaq lazımdır. Hər dəfə söhbəti hərləyib-fırladıb, neftin üzərinə gətiririk. Bu, düzgün deyil”.

Bunu deputat Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və  sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, neft ucuzlaşacaq, neft bahalaşacaq, bunları bir kənara qoymaq lazımdır: “Biz işləməliyik. Yeni velosiped də icad etmək lazım deyil. Vergilər Nazirliyi də indi adam balası kimi işləyir, irəliləyiş, müsbət tendensiya göz önündədir. Gömrükdə də işlər yoluna düşməkdədir. Allah bizə də insaf versin, biz də işləməliyik. Bu gün nə edilirsə, Azərbaycan xalqının rifahı üçün edilir. Hər kəs öz işini görməlidir. Hər kəs də yaxşı işləsin ki, baxıb, fəxr edək". (qafqazinfo.az)

Məqalədə : Cavid Qurbanov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 14:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com