Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2018
14:40
Kreml İrana qarşı ABŞ-ın tələblərini şərh edib

"İranla nüvə sövdələşməsi fəaliyyət göstərir, hazırda vacib olan budur ki, Tehran ABŞ-ın tələbini necə qarşılayacaq". FaktXəbər "RİA Novosti"y istinadən bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
 
"Məsələ ondadır ki, Tehran bu 12 bəndi necə qiymətləndirir. Bilirsiniz ki, həm Kreml, həm Tehran, həm də müvafiq Avropa ölkələri birgə kompleks fəaliyyət planına sadiq qaldıqlarını təsdiqləyiblər. Bu sadiqliyi qoruyub saxlayacaqlarını da bəyan ediblər",-deyə Dmitri Peskov əlavə edib.
 
O, xatırladıb ki, Rusiya və Avropa ölkələri dəfələrlə açıqlayblar ki, İranın sözügedən razılıq çərçivəsində qalacağına ümid edirlər: "Əslində, ABŞ razılaşmadan bütün mənfi nəticələri ilə çıxan yeganə ölkədir. Ona görə də burada soruşmaq lazımdır, buna Tehran necə yanaşır, çünki sövdələşmə Vaşinqtonun minusuna baxmayaraq hələ də mövcuddur".

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo Tehrana 12 bənddən ibarət tələblərini açıqlayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kreml 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 22:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com