Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2018
14:30
3577
Qarabağ haqda yeni təhqiqat əsəri təqdim edildi - FOTO
Qarabağ Azadlıq Təşkilatı elmi-praktiki konfrans keçirib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “Qarabağ dünən, bu gün və sabah” adlı elmi praktik konfrans keçirilib. 

FaktXəbər-in məlumatına görə, konfransda qeyri-hökümət təşkilatının nümayəndələri, Qarabağ müharibəsi veteranları, siyasi partiya yetkililəri, əməkdar müəllimlər, mətbuat işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan tarixçi alim Firdovsiyə Əhmədova ildə bir dəfə keçirilən konfransın bu il Azərbaycan Xalq Cümhüriyyətinin yaranmasının 100 illiyinə həsr edildiyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı. Moderator əlavə etdi ki, elmi- praktik konfransın daha bir özəlliyi ondan ibarətdir ki, Azərbyacandan, Türkiyədən, İrandan, Rusiyadan, Yaponiyadan, Litvadan və digər ölkələrdən olan təhqiqatçılar Qarabağın tarixinə, mədəniyyətinə, münaqişəsinin həllinə dair məqalələr təqdim ediblər və ilk dəfə “Qarabağ dünən, bu gün və sabah” adlı kitab çap olunub.

Daha sonra söz alan Qarabağ Azadlıq Təşkilatını sədri Akif Nağı nəşr edilən kitabda maraqlı məqalələrin yer aldığını bildirərək, tədqiqat əsərinin gələcək nəsillər tərəfindən qiymətləndiriləcəyinə şübhə etmədiyini vurğuladı. 

QAT sədri çıxışını Əhməd bəy Ağaoğlu şəxsiyyəti üzərində davam etdirdi. Natiq, Əhməd bəy Ağaoğlunun “Difai” adlı özünü müdafiə təşkilatı yaratmasından, ermənilərin müsəlmanlara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinə qarşı çıxış etməsindən, bir ziyalı kimi Fransanın Sarbona universitetində təhsil almış ilk azərbaycanlı olaraq o zamankı fransız mətbu orqanlarında ictimai-siyasi mövzularda yazdığı məqalərə toxunaraq Əhməd bəy Ağaoğluya hələ lazımi dəyər verilməməsini təəssüflə qeyd etdi. 

Akif Nağı konfransda təqdim edilən “Qarabağ dünən, bu gün və sabah” adlı kitabda “Dağlıq Qarabağ münaqişəsinin həllində İslam Həmrəyliyi əsas amil kimi” yazısının detalları barədə də izahat verdi. Tarixçi bildirdi ki, Qarabağ probleminin həll olunmasında “ATƏT”in Mins Qrupunun illərdir davam edən qərəzli mövqeyi, eyni zamanda ABŞ-ın vasitəçiliyi ilə ortaya atılan “Madrid Prinsipləri” təkliflərinin Azərbaycan dövlətinin maraqlarına zidd olduğunu dəqiqləşəndən sonra buna alternativ olaraq müsəlman dünyasının, başda Türkiyə, İran, Pakistan və digər müsəlman dövlətlərinin birliyinə ehtiyac duyulur: “Heç kimə sir deyil ki, müsəlman dünyası başda Qüds olmaqla işğal siyasətinin qurbanıdır. Düşünürük ki, müsəlman dünyasının həmrəy olması ilk növbədə Qüdsün azad olunmasına gətirib çıxara bilər ki, bu da öz növbəsində Qarabağın işğaldan azad olunması üçün gözəl presedent olar”.

Elmi-praktik konfrans təhqiqatçı Tofiq Həsənovun, jurnalist Rəsmiyyə Rzalının, AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimovanın çıxışları ilə davam etdirildi. 

Tədbirin sonunda konfrans iştirakçılarına yeni nəşrdən çıxmış “Qarabağ dünən, bu gün və sabah” adlı təhqiqat əsəri hədiyyə edildi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2018 07:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com