Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2018
11:39
2097
CNN: Amerikada hər həftə məktəblərdə atışma olur

Birləşmiş Ştatlarda son 9,5 ildə məktəblərdə 290-a yaxın atışma hadisəsi qeydə alınıb. FaktXeber.com-un məlumatına görə, bu barədə CNN araşdırma aparıb.

«2009-cu ilin yanvarın 1-dən etibarən ABŞ məktəbləri ilə bağlı 288 hadisə qeydə alınıb. Bu, «Böyük Yeddiliyin» digər ölkələri ilə müqayisədə 57 dəfə artıqdır», - deyə araşdırmada bildirilir.

Məsələn Kanada və Fransada 2009-cu ilin yanvarından 2018-ci ilin mayına kimi məktəb ərazisində 2 atışma, Almaniyada isə bir atışma qeydə alınıb. Böyük Britaniya, İtaliya və Yaponiyada belə hadisə qeydə alınmayıb.

Bundan əlavə G7-yə daxil olmayan digər ölkələrlə də müqayisə aparılıb. Meksikada – 8, Hindistanda – 5, Əfqanıstanda - 3, Çin, Türkiyə və Rusiyada 1 atışma hadisəsi qeydə alınıb. 

Telekanal vurğulayıb ki, məktəbdə atışma –artıq Amerika reallığına çevrilib, orta hesabla təkcə bu il hər həftə məktəblərdə belə hadisələr baş verir.

Yeri gəlmişkən, CNN  ancaq heç olmasa 1 nəfərin travma aldığı hadisələri araşdırıb.

Məqalədə : məktəb atışma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 07:42



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com