“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi hissədə görüş keçirilib-FOTO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2018
12:18
2532
“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi hissədə görüş keçirilib-FOTO

Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi çərçivəsində “N” nömrəli hərbi hissədə görüş keçirib. FaktXeber.com-un Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, görüşdə Gəncə şəhər Paşa Hüseynov adına Futbol Təmayüllü İnternat tipli Gimnaziyanın şagirdləri, onların müəllim və valideynləri iştirak edib.

Görüş zamanı Azərbaycan Ordusunun yaranma tarixi, hərbi hissənın keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilib, şagirdlərin hərbi qulluqçular üçün yazdıqları məktublar oxunub. Məktəblilər hərbi vətənpərvərlik mövzusunda şeirlər söyləyib və mahnılar ifa ediblər.

Əsgərlər onlara ünvanlanan məktublara cavab yazdıqdan sonra xatirə şəkli çəkdirilib.

Məqalədə : Əsgər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2018 14:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com