Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2018
15:27
4017
Hərbçilərimiz 33-cü dünya çempionatının kuboku ilə təltif edilib

Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatına mayın 19-da yekun vurulub. Çempionatda 11 medal, o cümlədən 2 qızıl, 3 gümüş və 6 bürünc qazanan Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası bu göstərici üzrə üçüncü yeri tutub və kuboka layiq görülüb. Birinci yerə Rusiya, ikinci yerə isə İran təmsilçiləri layiq görülüblər.

Qeyd edək ki, final görüşündə rusiyalı idmançı Çingiz Labazanov ilə qarşılaşan Həsən Əliyev (77kq) rəqibini 5:2 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Bu, Həsən Əliyevin ikinci dünya çempionluğudur. İdmançımız ilk dəfə 2016-cı ildə Makedoniyada dünya çempionu adını qazanıb.

Rafiq Hüseynov (82 kq) bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi R.Şvarts üzərində 5:2 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

İslam Abbasov da üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi ilə qarşılaşıb. Qarşılaşmada yüksək peşəkarlıq nümayiş etdirən İ.Abbasov rəqibi M.Remenspergeri böyük hesabla (8:1) məğlubiyyətə uğradaraq çempionatın bürünc medalını MOİK komandasının aktivinə yazdırıb.

Beləliklə, MOİK-in komandası hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatını 11 medalla başa vurub. Medallardan 2-si qızıl, 3-ü gümüş, 6-sı isə bürüncdür. Dünya çempionatında 22 ölkədən 350 idmançı mübarizə aparıb.

Məqalədə : güləş 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2018 05:35



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com