Olimpiada qaliblərinin çoxu həkim olmaq istəyir

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
16:46
2388
Olimpiada qaliblərinin çoxu həkim olmaq istəyir

"Azərbaycanda olimpiada qalibləri daha çox tibb ixtisasını seçirlər".

Bunu Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev respublika fənn olimpiadalarının nəticələrinin analitik təhlili ilə bağlı təqdimatda deyib.

Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında iştirak edən respublika fənn olimpiada qaliblərindən biri 700 bal toplayıb. E.Əmrullayev əlavə edib ki, Azərbaycanda olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları orta bal 657-dir.

E.Əmrullayev deyib ki, builki respublika fənn olimpiadasının nəticələrinə görə, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla, ümumilikdə, 276 nəfər qalib elan olunub. O qeyd edib ki, builki olimpiadada region şagirdləri çox aktiv iştirak ediblər.

Qeyd edək ki, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə 298 nəfər qalib elan edilib.

Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib. Əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb.     

Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar ki, bu da müstəqillik dövründə qazanılmış bütün medalların təxminən 3 faizi edir.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

Məqalədə : Olimpiada qalibləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 17:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com