Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
16:16
1542
`İpoteka almaq asanlaşdı, amma faizlər yüksəkdir`

“Xidmət müqaviləsi ilə işləyənlərin ipoteka kreditlərinə müraciət qaydaları asanlaşıb”.

FaktXəbər bildirir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. O qeyd edib ki, əvvəllər müraciət üçün ən azı 12 ay iş fəaliyyəti tələb edilirdisə, indi bu rəqəm 6 ayadək azaldılıb: “Eyni zamanda, orta aylıq gəlir hesablanan zaman 12 ay deyil, faktiki ayların sayı nəzərə alnacaq. Yəni, ipoteka krediti üçün müraciət edən vətəndaşımzın yalnız son 8 ayda iş fəaliyyəti varsa onu gəlirləri cəmlənərək 8-ə bölünəcək. Əvvəllər 12 aydan az fəaliyyəti olanlar ipoteka kreditlərinə müraciət etmək hüququna malik deyildilər.

Dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesablanan zaman əvvəlki qaydalara əsasən kredit müraciəti edən şəxsdən ən azı 2 il belə fəaliyyət ilə məşğul olması tələb olunurdusa, indi son 1 il sahibkarlıq faəliyyəti ilə məşğul olmaq kifayət edəcək. Dəyişikliyə əsasən xidmət sahələri üzrə sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən deyil, 70 faizindən çox olmayacaq. Yəni, ipotekaya müraciət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin gəlirinin 70 faizi həcminədək aylıq kredit ödəniş məbləği müəyyənləşdirilə biləcək.

Yeni qaydalara əsasən, ipoteka kreditinə müraciətdə aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycanda əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. 

Məsələn, ipoteka krediti almaq istəyən şəxs xaricdən hər hansı gəliri varsa və onu təsdiq edən sənədə malikdirsə o zaman həmin məbləğ orta aylıq gəlirin hesablanması zamani istifadə edilə biləcək.

Son dəyişikliklər təqdirə layiq olsa da belə, ipoteka kreditlərinə əlçatanlığın genişləndirilməsi üçün həm adi, həm də sosial ipoteka kreditləri üzrə faizlərin aşağı salınması və ilkin ödənişlərin azaldılmasıma da ehtiyac var”.

Qeyd edək ki, yeni dəyişiklik Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda etdiyi dəyişikliklər əsasında reallaşıb. 

Günel Türksoy

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

 Paylaş   Tweet   Paylaş

Həmçinin oxuyun

 “AccessBank” və “ASAN Könüllüləri” AİM layihəsinə yekun vurub

“AccessBank” və “ASAN Könüllüləri” AİM layihəsinə yekun vurub

 Onların orta aylıq maaşı 532 manat olub

Onların orta aylıq maaşı 532 manat olub

 Bankın 100 müştərisi canlı efirdə “Yüzdən biri ol”acaq

Bankın 100 müştərisi canlı efirdə “Yüzdən biri ol”acaq

 Qarabağ atlarının şousu Böyük Britaniya kraliçasını valeh etdi

Qarabağ atlarının şousu Böyük Britaniya kraliçasını valeh etdi

 Bütün taksitlər Milana aparır

Bütün taksitlər Milana aparır

 Bakıda möhtəşəm milli restoran

Bakıda möhtəşəm milli restoran - Video + Fotolar

 Bakıda 1.2 milyardlıq xidmət

Bakıda 1.2 milyardlıq xidmət

 İpoteka ilə bağlı qaydalara dəyişiklik edildi

İpoteka ilə bağlı qaydalara dəyişiklik edildi

 Azərbaycan neftinin bir bareli 78 dollara çatır

Azərbaycan neftinin bir bareli 78 dollara çatır

 “Dəmirbank”ın kreditorlarına müraciət

“Dəmirbank”ın kreditorlarına müraciət

 Neftin qiyməti 78 dolları ötdü

Neftin qiyməti 78 dolları ötdü - Son 4 ildə ilk dəfə

 Sabahın məzənnəsi dəyişmədi

Sabahın məzənnəsi dəyişmədi

 Məşhur Antonio Lupi

Məşhur Antonio Lupi - CASAMİA-da!

 Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı oldu

Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı oldu

 Bank Respublika internat məktəbinin şagirdlərini sevindirdi

Bank Respublika internat məktəbinin şagirdlərini sevindirdi

 15 milyardlıq istehsal olub

15 milyardlıq istehsal olub

 “Nar” yeni “Avropa” paketini təqdim etdi

“Nar” yeni “Avropa” paketini təqdim etdi

 Heydər Əliyevə həsr olunan müsabiqənin nəticələri açıqlanıb

Heydər Əliyevə həsr olunan müsabiqənin nəticələri açıqlanıb

 Yuxusuz qalan developerlər arasında qaliblər bəlli oldu

Yuxusuz qalan developerlər arasında qaliblər bəlli oldu

 Həftənin ilk məzənnəsi

Həftənin ilk məzənnəsi

 Füzulidə müşavirə keçirilib

Füzulidə müşavirə keçirilib

 Kirayə mənzillər ucuzlaşdı

Kirayə mənzillər ucuzlaşdı

 Təhlükəli çəyirtkələrlə bağlı fermer və sahibkarlara

Təhlükəli çəyirtkələrlə bağlı fermer və sahibkarlara - Xəbərdarlıq

 İran bankı Azərbaycanın iki bankını məhkəməyə verdi

İran bankı Azərbaycanın iki bankını məhkəməyə verdi

Məqalədə : İpoteka 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2018 11:30

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru