Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2018
10:16
İran XİN: İsrail hərbi cinayətkar kimi məsuliyyətə cəlb edilməlidir

İran XİN-in Mətbuat Xidmətinin rəhbəri beynəlxalq ictimaiyyətə çağırış edərək Qəzzada  sionist rejim tərəfindən onlarla fələstininin qətlə yetirilməsi və yüzlərlə fələstinlinin yaralanması ilə əlaqədar öz etirazlarını bildirməyə çağırıb.

FaktXeber.com-un Fars nyus-a istinadla verdiyi məlumata görə,  Bəhram Qasimi bu gün verdiyi bəyanatda bildirib ki, müdafiəsiz fələstinli uşaq, qadın və dinc sakinlərin qırğın edilməsi, fələstinlilərin ərazilərinin işğalı, son 70 ildə sionistlərin əsas strategiyasına çevrilib: "Dünən amerikalılar, həmçinin sionistlər günahsız insanların qırğın edilməsi ilə müşayiət olunan ABŞ-ın səfirliyindəki şənlik mərasimində iştirak ediblər". 

Qasimi bildirib ki, cinayət davam edir və Fələstində sionizmin özbaşınalığı Amerikanın dəstəyi, həmçinin regionda bəzi dövlətlərin rüsvayçı fəaliyyətsizliyinin nəticəsidir. Onun sözlərinə görə, bu dövlətlər Fələstində günahsız qanların tökülməsində  və ordakı gərgin vəziyyətə görə məsuldurlar.

Bəhram Qasimi İranın müsəlman Fələstin xalqının pul,güc və riyakarlıq üçbucağı qarşısında qanuni müqavimətini dəstəklədiyini bildirərək, beynəlxalq təşkilat və qurumları dərhal hərəkətə keçərək Qüdsü işğal edən rejimin cinayətlərini pisləməklə yanaşı, İsrailin hərbi cinayətkar kimi beynəlxalq cinayət məhkəməsinə verməyə çağırıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran İsrail Böyük Qayıdış 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 04:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com